Milli Məclis Fransa Senatının Azərbaycana qarşı qətnaməsi ilə bağlı bəyanat qəbul edib.
Teleqraf.com xəbər verir ki, bəyanatı ali kürsüdən deputat Ramin Məmmədov səsləndirib.
Bəyanatda qeyd edilir ki, Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri pozur.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi Fransa hökumətinin həm ikitərəfli, həm çoxtərəfli öhdəliklərindən irəli gəlir. Bu qətnamə Fransanın Ermənistanı müdafə etdiyini və Azərbaycana qarşı açıq diskriminasiyaya etdiyini açıq göstərir.
Bəyanatda Fransanın Şimali Afrikada və digər müstəmləkələri olan ölkələrdə dəhşətli qırğınlar törətdiyi bildirilir. Xüsusilə, Əlcəzair, Tunisdə, eləcə də Ruanda da törətdiyi qırğınlar xatırladılır.
Milli Məclis bəyanatda Azərbaycan hökumətinə çağırış edib:
- Fransa hökuməti tərəfindən birtərflilik təminatı verilməyən qədər, onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədər təşəbbüs və fəaliyyətlərdə iştirakına cəlb edilməsinə imkan verilməməsi, bu məsələlərlə bağlı Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması;
- Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondulması;
- Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi;
- Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması;
- Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması;
- Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasi, insanlıq əleyhinə cinayətlərin və hərbi cinayətlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması;
- İƏT çərçivəsində Fransanın İslamafobiya siyasətinin məsələsinin gündəliyə çıxarılması;
- Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkəfobiya siyasətinin gündəliyə çıxarılması.