Rusiyanın RBK telekanalı İlya Doronovun separatçı Ruben Vardanyanla açıqladığı “eksklüziv müsahibə”ni yayımlamaqdan imtina edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Vardanyan Teleqram kanalında məlumat verib.
Erməni separatçı açıqlamasında soydaşlarımıza böhtan atmaqdan da çəkinməyib. O, imtina qərarına “səbəb” kimi “azərbaycanlıların təhdidləri”ni göstərib.
“İlya Ermənistana xüsusi olaraq həmin müsahibə üçün gəlmişdi, söhbət videoya çəkilib və müsahibə onun tərəfindən elan edilib. Amma RBK bunu yayımlamaqdan imtina edir”, - Vardanyan bildirib.
Əslində, sözügedən telekanalın məlum müsahibəni Azərbaycan-Rusiya münasibətlərinin prinsiplərinə uyğun gəlmədiyi üçün yayımlamaqdan imtina etdiyi bildirilir.