21 Noyabr 2022 12:21
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Birliyi və ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib.

Ekspertin fikrincə, Ukraynaya alternativ enerji xətləri Zəngəzur dəhlizindən keçməlidir. Balasanyan bu baxımdan Brüssel və Vaşinqtonun vasitəçiliyinin Ermənistanın yox, Azərbaycanın maraqlarına uyğun olduğunu iddia edib.

“Başa düşməliyik ki, Qarabağ erməniləri ilə bağlı məsələlər Brüsseldə və Vaşinqtonda həll olunmayacaq, onlar müqaviləni imzalayacaq, amma sabah bunu unudacaqlar. Həmin paytaxtlarda yalnız enerji daşıyıcılarını Avropaya çatdıracaq Ukraynaya alternativ marşrutun yaradılması məsələsi öz həllini tapacaq ki, bu da Zəngəzur dəhlizi ilə həyata keçirilməlidir”, - politoloq vurğulayıb.

Balasanyan qeyd edib ki, hazırda Ermənistan regionda yalnız İran və Rusiyaya güvənə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər