21 Noyabr 2022 12:41
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın nə istədiyi Qərbə maraqlı deyil, onun üçün Cənubi Qafqazda iqtisadi maraqları ön plandadır”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Tiqran Kəçəryan deyib.

Ekspertin fikrincə, bu baxımdan Avropa Birliyi və ABŞ Azərbaycanla danışıqlarda Ermənistanın xeyrinə vasitəçilik etməyəcək.

“İlk növbədə Qərbin nə istədiyini anlamaq lazımdır. Qərbin Böyük Britaniyadan Çinə ucuz enerji mənbələri və qlobal ticarət yolları lazımdır. Qərbi narahat edən də məhz bu iki mühüm məsələdir. Qərbin Rusiyanı zəiflətmək üçün başqa məqsədləri də var. Rusiya sülhməramlılarının Qarabağdakı varlığı Qərbi narahat edir. Bir tərəfdən də Qərb Ermənistanı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa məcbur etməyə çalışır. Qərb buna nail olmaq üçün Rusiya Ermənistandan sıxışdırıb çıxarmağa çalışır”, - Köçəryan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər