KTMT-nin sammitində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq.
Teleqraf.com xəbər verir ki, bunu KTMT baş katibinin müavini general Valeri Semerikov deyib.
“Bu gün həmin mövzu nazirlər və dövlət başçıları səviyyəsində ayrıca müzakirə olunacaq, gəlin nəticələri gözləyək”, - Semerikov bildirib.
Onun sözlərinə görə, bununla bağlı müəyyən hazırlıq işləri görülüb və nazirlər səviyyəsində açıqlama veriləcək.
KTMT-nin iclası bu gün İrəvanda keçiriləcək.