KTMT-nin Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsi razılaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas qurumun İrəvanda keçirilən sammitində deyib.
“Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir. Böhranlara cavab mərkəzi vasitəsilə bizə çatan məlumatlar təsdiqləyir ki, Ermənistan-Azərbaycan sərhədində demək olar ki, hər gün atışmalar olur. Ermənistan üçün bu təhdidlərlə bağlı müzakirələr KTMT-nin may, sentyabr və oktyabr aylarında keçirilən üç növbədənkənar sessiyası zamanı aparılıb. Ümumiyyətlə, KTMT-nin monitorinq missiyasının gəldiyi nəticə və tövsiyələr əsasında KTMT-nin Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsi razılaşdırılıb”, - Zas bildirib.