“KTMT-də Azərbaycanın Ermənistandan daha çox dostu var”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Aqnesa Xamoyan deyib.
Onun sözlərinə görə, Ermənistanın KTMT-dən Azərbaycana qarşı dəstək ala bilməməsinin əsas səbəblərindən biri budur.
“Paşinyandan soruşmalıyıq ki, niyə Ermənistan KTMT-yə sədrlik etdiyi dönəmdə Azərbaycan əleyhinə bir sənəd imzalaya bilmədi? İndi elə bir vəziyyət yaranıb ki, Azərbaycanın KTMT-də Ermənistandan daha çox dostu var. Ermənistan hökuməti bu suallara cavab verməlidir”, - Xamoyan bildirib.