25 Noyabr 2022 18:24
4 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

“KTMT Rusiya rəhhbərliyinin ambisiyalarını təmin edən klubdur”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Vigen Akopyan deyib.

“Əgər doğrudan da erməni tərəfinin KTMT-nin sammitdən ciddi gözləntiləri var idisə, təbii ki, bu gözləntilər özünü doğrultmadı. Amma məntiqsiz istəkləri, yanaşmaları, qeyri-peşəkarlığı ilə müstəsna olan bu hakimiyyətə görə (Ermənistan – red.) bunun olmayacağı bəlli idi. Digər yandan, bu, sırf siyasi xarakterli sammit idi. Eyni zamanda, KTMT hərbi-siyasi baxımdan funksional deyil. Rusiya rəhbərliyinin ambisiyalarını təmin etmək istəyən dövlətlərin birləşdiyi müəyyən hərbi-siyasi klubdur. Həmin klubda olmaq Rusiya ilə bütün aspektlərdə, o cümlədən hərbi və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq şansını artırır”, - ekspert bildirib.

Akopyanın fikrincə, Ermənistan KTMT-yə daxil olanda - uzaq 1992-ci ildə, Levon Ter-Petrosyanın dövründə bəlkə də ümid olub ki, KTMT nə vaxtsa funksional ola bilər:

“Həyat göstərdi ki, heç də belə deyil, bu, həqiqətən də Rusiya liderlərinin, indiki halda Vladimir Putinin ətrafında formalaşmış hərbi-siyasi klubdur. Bir ölkə öz təhlükəsizlik məsələlərində KTMT-yə bel bağlamağa çalışırsa, bu o deməkdir ki, reallıqdan çox uzaqlaşıb. Məsələn, Ermənistan hakimiyyəti KTMT-dən qoşun yeritməsini, yardım göstərməsini istəyir. Rusiya faktiki olaraq göstərir ki, probleminiz varsa, mənimlə həll edin, KTMT-yə müraciət etməyin mənası yoxdur”.

Erməni ekspert Azərbaycan Prezidenti İlham Əliyevin fikrinə də istinad edib:

“Əslində, Paşinyan müraciət edəndə KTMT-dəki durumu çox gözəl bilirdi. Digər tərəfdən, Əliyevin də dediyi kimi, KTMT-də Azərbaycanın Ermənistandan daha çox dostu var. Yəni KTMT-yə üz tutmaq əbəs idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər