27 Noyabr 2022 13:26
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötün gün Çində COVID-19-a rekord - 39 791 yeni yoluxma qeydə alınıb. Bildirilib ki, yoluxmalar 4 gündür ki, artmağa başlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin saytında məlumat verilib.

Qeyd olunub ki, 3 709 nəfərdə koronavirus əlamətlərinin müşahidə edilsə də, 36 082 nəfərdə xəstəliyin heç bir əlaməti özünü büruzə verməyib. Eyni zamanda virusdan bir ölüm qeydə alınıb. Bununla da Çində koronavirusdan ölənlərin ümumi sayı 5 233 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.


Müəllif: Teleqraf.com