Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyana Xankəndidəki separatçı rejimdə “vəzifə” verilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Ötən günlərdə Ermənistan mətbuatında Oskanyanın separatçı rejimin “xarici işlər naziri” təyin ediləcəyi barədə xəbər yayılıb. Amma “Past”ın separatçı rejimdən aldığı məlumata görə, Oskanyan həmin “vəzifə”yə təyin edilməyəcək.