1 Dekabr 2022 13:47
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker regional səfəri çərçivəsində Gürcüstana gəlib və bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.

Görüş zamanı digər məsələlərlə yanaşı, Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və Gürcüstanın Ermənistan və Azərbaycan arasında vasitəçilik rolu müzakirə edilib.

Qaribaşvili bildirib ki, danışıqlar istənilən münaqişənin həllinin yeganə yoludur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər