9 May 2014 13:05
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Gəncə şəhəri Sadiq Rəhimov küçəsində avtomobil qəzası baş verib.

Teleqraf.com-un KəpəzTV-yə istinadən verdiyi məlumata görə, şəhər sakini 26 yaşlı Pərvanə Ələsgərova idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə sürət həddini aşaraq avtomobilin idarə etməsini itirərək yol kənarında dayanan "KamAZ" markalı yük maşınına çırpıb. Hadisə nəticəsində avtomobil yararsız hala düşüb.

Sürücü Pərvanə Ələsgərova isə yüngül xəsarətlərlə Gəncə şəhər TTYX-ya yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Müəllif: