Xalq artisti Aftandil İsrafilov reanimasiyaya yerləşdirilib.
Teleqraf.com-un məlumatına görə, sənətçinin ailə üzvü oxu.az-a açıqlama verərək bildirib ki, qarmon ifaçısının vəziyyətinin pisləşməsinə səbəb həkimlərin onu səhv müalicə etməsi olub:
“Dünən evdə huşunu itirdi, dərhal başqa xəstəxanaya apardıq, reanimasiyaya yerləşdirildi. Həkimlər kreatininin yüksək olduğunu və hər an komaya düşə biləcəyini dedilər. Hazırda əllərindən gələni edir, inşallah, bu ağır günlər keçəcək.
Dünəndən onun üstünə düşüblər, dəqiq diaqnoz hələ ki yoxdur, çünki xəstəlik kompleks şəklindədir. Ağ ciyərlərinə su yığılıb, böyrək çatışmazlığı riski var, ayaqları şişib, ürəyində də problem var”.