3 Dekabr 2022 17:53
5 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev LAF TV-yə son vaxtlar Naxçıvanda baş verənlər haqda müsahibə verib.

Teleqraf.com xəbər verir ki, müsahibə zamanı Q.Həsənquliyev Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun fəaliyyəti ilə bağlı bir sıra faktları açıqlayıb.

“Naxçıvanda sadə insanlar mənə yaxınlaşırdılar ki, sənin statusun var, millət vəkilisən, vəziyyəti görürsən. Kəndlər boşalır, iş yerləri yoxdur. Hamı məndən iş istəyirdi ki, bizə kömək et. Hesab edirdim ki, bu barədə açıq danışım. Çalışırdım ki, bu zaman Vasif Talıbovu qıcıqlandıran formada etməyim.

Söyləyirdim ki, naxçıvanlılar Azərbaycanın başqa bölgələrinə, hətta Rusiya, Ukrayna, Türkiyəyə səpənəliblər. Artıq İstanbulda azərbaycanlıların 3 məhləsi var ki, toyu da, yası da orada edirlər. Ölülərini Naxçıvana gətirmirlər, əlaqələri kəsilib. Bakıda da Naxçıvanın böyük kəndlərinin, Ordubadın, Nehrəmin qəbiristanlıqları var. Ona görə də bu artıq dövlətimizin təhlükəsizliyi məsələsi idi ki, Naxçıvan boşalmasın. Naxçıvan qapalı bir zonaya çevrilmişdi.

Vasif Talıbova çox böyük etimad var idi. Çox təəssüf ki, bu etimaddan sui-istifadə edildi. Naxçıvan faktiki surətdə boşaldıldı, boş qaldı.

İstənilən jurnalist getsin yoxlasın, evlərdə qaz var amma insanlar o qazın pulunu ödəyə bilmədikləri üçün istifadə edə bilmirlər. Gedib odun gətirib yandırırlar. Naxçıvanın reallığı budur. Niyə Vasif Talıbov Naxçıvan əhalisinə qarşı belə qəddardır? O özünü qızıl qəfəsə salınmış şəxs hesab edir. Düşünür ki, çoxdan Bakıya dəvət olunub, yüksək vəzifə verilməlidir”, - deputat bildirib.

Daha ətraflı videoda:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər