3 Dekabr 2022 19:44
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin Dağıstan sahillərində 700-ə yaxın suiti cəsədi tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyin Şimali Qafqaz Ərazi Administrasiyası məlumat yayıb.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki, bir müddət öncə də Qazaxıstan sahillərində 131 suiti cəsədi tapılıb.


Müəllif: Teleqraf.com