Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Teleqraf.com-a bildiriblər ki, bu gün yerli vaxtla saat 12:25-də Şamaxı rayonu ərasində, Pirqulu kəndindən 13 km cənubda zəlzələ qeydə alınıb.
14 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 3,1 təşkil edib.
Zəlzələ hiss olunmayıb.