6 Dekabr 2022 11:59
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh müqaviləsinə dair həm Qərb, həm də Rusiya variantı Azərbaycanın maraqlarına uyğundur”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Hrant Mikaelyan deyib.

Ekspert Azərbaycanın Ermənistan qarşısında həm diplomatik, həm də hərbi meydanda Ermənistandan üstün olduğunu etiraf edib:

“Bu mərhələdəki danışıqlara gəlincə, təəssüf ki, Ermənistan hakimiyyətinin tam diplomatik məğlubiyyətini qeyd etməliyik. Söhbət xüsusilə son iki ildən gedir. Azərbaycan həm Rusiya, həm də Qərbin vasitəçiliyi ilə əlverişli mətni danışıqlar masasına gətirə bilib. Nəticədə Azərbaycanın bu gün böyük üstünlüyü var və heç bir variantın imzalanmaması Ermənistan üçün faydalı olacaq”.

Mikaelyan Qərb və Rusiya arasında Cənubi Qafqaz uğrunda mübarizənin qızışdığını da söyləyib.

Ekspert qeyd edib ki, Baş nazir Nikol Paşinyan Qərb, Rusiya lideri Vladimir Putin isə rus variantının imzalanmasını istəyir. Mikaelyan Azərbaycanın da Qərb variantını daha əlverişli hesab etdiyini deyib.

“Ərdoğan da öz rolunu oynayır, təbii ki, Azərbaycanın maraqları çərçivəsində. Belə bir durumda Ermənistanın gözləntisi yalnız nələrsə dəyişənədək heç bir variantın imzalanmayacağına ümid etməsidir. Başqa heç nə etmək mümkün deyil”, - politoloq vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər