7 Dekabr 2022 14:58
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi üçün yardım göstərməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov danışıqların Sankt-Peterburqda MDB ölkələrinin başçılarının ənənəvi Yeni il ərəfəsi qeyri-rəsmi görüşü çərçivəsində baş tuta biləcəyini istisna etməyib.

Xatırıladaq ki, sonuncu dəfə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü Soçidə oktyabrın 31-də baş tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər