8 Dekabr 2022 15:35
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh müqaviləsi ilə bağlı işi davam etdiririk, Azərbaycan tərəfdən aldığımız mətni öz əlavələrimizlə Azərbaycana göndərməyə çalışırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

İlin sonuna qədər sülh sazişinin imzalanmasının mümkün olacağı ilə bağlı nikbinliyin niyə reallığa çevrilmədiyi sualına Təhlükəsizlik Şurasının katibi belə cavab verib:

“Biz demişdik ki, ilin sonuna qədər sülh sazişi əldə etmək üçün səylərimizi sərf edəcəyik. Ermənistan hökuməti öz adına bütün səylərini sərf etdi ki, ilin sonuna qədər bu razılaşma əldə oluna bilsin. İndi ilin sonuna yaxın olduğu üçün bunun ilin sonuna qədər olacağını söyləmək çətindir. Amma gələn il də bu istiqamətdə işimizi davam etdirəcəyik. Mətn üzərində işi davam etdiririk, mətnin əlavə edilmiş variantını tezliklə Azərbaycana göndərəcəyik”.

Qriqoryan Bakının hansı yeni təkliflər irəli sürməsi ilə bağlı suala da cavab verib:

“Bunlar fərqli deyil. İş aparılır. Azərbaycan Ermənistana sülh müqaviləsinin ilkin mətnini verib, yəni 5 bənd hamıya bəllidir. Ermənistan tərəfi həmin mətn üzərində işləyib, Azərbaycana cavabını verib və Vaşinqtonda görüş keçirilib. Vaşinqtondakı müzakirələrdən sonra Azərbaycan mətnin yenidən işlənmiş variantını ötən ayın sonu və ya bu ayın əvvəlində Ermənistana verib. Ermənistan hazırda həmin mətn üzərində işləyir və ya həmin mətnə ​​öz əlavə və dəyişikliklərini edir və biz onu tezliklə Azərbaycana göndərəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər