9 Dekabr 2022 17:45
2 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycan Silahlı Qüvvələri ötən günlərdə Bakı, Astara, Cəbrayıl və İmişlidə birgə təlimlər keçirib. “Qardaş Yumruğu” adlı təlimdə yaralıların helikopterlə təxliyəsi, çaydan keçmə əməliyyatı və artilleriya batareyalarının mövqeyinin dəyişdirilməsi məşqləri edilib. Təlim komandoların hədəfləri tutması ilə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.

Ötən günlərdə uğurla başa çatan təlim Yunanıstan mediasının da marağına səbəb olub.

“Qardaş Yumruğu”na geniş yer ayıran yunan nəşrləri təlimlərdə ətraflı şəkildə yerinə yetirilən bir ssenariyə diqqət çəkib.

Yunan mətbuatının narahatlığına səbəb olan həmin ssenari budur: Çayı keçmək üçün ponton körpülərinin quraşdırılması və simulyasiya edilmiş düşmən ərazisinə eniş.

Məqalədə bunun Türkiyə və Yunanıstan arasında yerləşən Meriç çayını sürətlə keçmək üçün Türkiyə-Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlıq ola biləcəyi iddia olunub.

Yunan mətbuatına görə, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı təkcə Ermənistana mesaj deyil, bu mesajı alanlardan biri də Yunanıstandır:

“İki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan Silahlı Qüvvələrinin yenidən təşkili və modernləşdirilməsi üçün birgə səylər göstərməyi, habelə tərəflərdən birinin müstəqilliyinə və ya suverenliyinə üçüncü tərəflərin qəsd etməsi halında birgə hərəkət etməyi ehtiva edir.

Türkiyə və Azərbaycan arasında daha sıx ikitərəfli hərbi əməkdaşlığa töhfə verəcək digər mühüm element iki ölkənin təhlükəsizlik şuralarının müntəzəm birgə iclaslar keçirməyə sadiqliyidir.

Yuxarıdakı məlumatların işığında belə qənaətə gəlirik ki, Yunanıstan Türkiyə ilə hərbi qarşıdurma yaranacağı təqdirdə Azərbaycanı, xüsusilə bu ölkənin Hərbi Hava Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrini potensial rəqib kimi qəbul etməlidir. Bu, həm taktiki, həm də strateji müstəvidə əlavə imkanlar yaradır. Məsələn, Türkiyə Hərbi Hava Qüvvələrinə Azərbaycan ərazisindən havadan yanacaq doldura bilən daha böyük strateji dərinlik təmin etmək imkanı verir”.

Məqalədə əvvəllər keçirilən “Anadolu Qartalı” və EFES-2022 təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələrinin də iştirak etdiyi bildirilib və mümkün Türkiyə-Yunanıstan müharibəsində Azərbaycanın da Türkiyə tərəfindən döyüşlərə qatılacağı iddia olunub:

“Belə nəticəyə gəlmək olar ki, Azərbaycan Silahlı Qüvvələri Egeydəki adalarımızı işğal etmək üçün mümkün əməliyyatlarda iştirak etməyi planlaşdırır, sözügedən ölkə sahil ölkəsi deyil, amma Xəzər dənizində 3-4 kiçik adası var.

“Qardaş Yumruğu” təliminin məqsədi Türkiyə və Azərbaycan hərbçiləri tərəfindən Meriç çayını bağlamaq və paraşütçülərini düşmənin arxa cəbhəsinə ataraq çay maneəsini sürətlə aşmaqdır. Bu təlim Meriç çayını sürətlə keçmək üçün Türkiyə-Azərbaycan silahlı qüvvələrinin əməkdaşlığı ola bilərmi?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər