“Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycanla sıx əməkdaşlıq edir, regionda sabit sülhə nail olmaq istəyirik”.
Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar İstanbulda keçirilən “TRT World Forum”undakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləmək imkanı olsa da, 30 illik münaqişə nəticəsində tərəflər arasında etimad itib və onun formalaşması zaman tələb edir.
“Hesab edirəm ki, Aİ tərəflər arasında etimadın yaradılması üçün geniş və fəal işləyir”, - Klaar bildirib.