13 Dekabr 2022 18:17
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə cəlb edib.

Teleqraf.com xəbər verir ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə keçirilən aksiya davam edir. Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Məlumat üçün bildirək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər