Türkiyədə Fətullah Gülənə yaxın olan media mənsublarının həbsi bəzi maraqlı məqamları üzə çıxarıb.
Teleqraf.com-un xəbərinə görə, 2013-cü ildə başlayan “Korrupsiya və rüşvət əməliyyatı”na cavab kimi qiymətləndirilən bu planların bir ucu Azərbaycandakı türk iş adamlarına çıxır.
Əməliyyatlarda adı hallanan "Tahşiyəçilər" qrupunun maliyyə dəstəkcisi Bakıdakı "Böyük Fırat" restoranlar şəbəkəsnin sahibi Hüseyin Büyükfırat Türkiyə mətbuatına maraqlı açıqlamalar verib.
Qeyd: "Tahşiyəcilər" Gülən camaatı kimi özlərini "Risale-i Nur"un ardıcılları sayırlar. Rəhbərləri Mehmet Doğan adlı təqaüdçüdür. F.Gülən 2009-cu ildəki çıxışında "Tahşiyəçilər"i tənqid edib və bir il sonra polis qrupun lideri Mehmet Doğan da daxil olmaqla onların bir neçə üzvünü həbs edib. Mehmet Doğan 17 ay azadlıqdan məhrum edilib.
"Tahşiyəcilər"i maliyyələşdirən "Böyük Fırat" restoranlar şəbəkəsi 1996-cı ildə Bakıda təsis edilib. Şəbəkənin Bakı şəhərinin 8 rayonunda kafe və restoranları, emalatxanası, eləcə də Gəncə şəhərində "Aura Park" mərkəzi var. "Böyük Fırat"ın internet saytında yazılır ki, restoranlarda istifadə olunan ətlər özəl fermer təsərrüfatından əldə olunur və "Halal" standartlıdır.
Dünən Türkiyənin "24 Özel" proqramında çıxış edən Hüseyin Büyükfırat bildirib ki, "Tahşiyəcilər" "Risale-i Nur"un bir qolunu təmsil edir: "Tahşiyəçilər"in imamı Mehmet Doğan 2014-cü ildə Gülən hərəkatının sıradan çıxacağını demişdi. Ondan sonra Gülən qrupa qarşı tənqidlərə başladı və bildirdi ki, "Tahşiyəcilər" silahlı birlik ola bilər. Sonra Türkiyədə yayımlanan filmlərdən birində "Tahşiyəçilər"in adı mənfi yöndə hallandırıldı. Filmin rejissoru mətbuata açıqlamasında "Tahşiyəçilər" sözünün seriala necə daxil edildiyindən xəbərsiz olduğunu deyib. Belə şey olarmı?" "Tahşiyəcilər"in lideri və üzvlərinə qarşı qondarma ittihamlar irəli sürüldü. Onların evlərindən çıxan silahlarda polislərin əl izlərindən başqa heç bir iz tapılmadı. Eyni bomba bir neçə nəfərin işində istifadə olunub".
Ayxan