14 Dekabr 2022 18:04
5 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Xankəndi-Şuşa yolunun açılması üçün Rusiyaya yalvarmağa başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bölgədəki son gəlişmələrə diqqət çəkib:

“Ermənistan hakimiyyəti bəyənmədiyi Kremlə yalvarır ki, yolun açılmasını təmin etsin. Ermənistan parlamentinin spikeri Alen Simonyan yalvarmaqla yanaşı, Moskvanı təhdid də edir.

Simonyan deyib ki, ABŞ Dövlət Departamenti və Fransa XİN Azərbaycandan yolun açmasını istəyib, növbə Rusiyanındır: “Ümid edirəm ki, müttəfiqimiz bu dəfə bizi məyus etməz”.

Yəni demək istəyib ki, Kreml son illər Ermənistanı və erməniləri çox məyus edib, heç olmasa, bu dəfə fərqli hərəkət etsin.

Alen Simonyan daha sonra absurd və xəstə xəyallarını səsləndirməyə başlayıb: “Rusiyanın sülh missiyasına alternativ təhlükəsizlik variantları barədə düşünməliyik. ATƏT-in Minsk qrupunun 12 ölkəsinin missiyasını Dağlıq Qarabağa göndərmək lazımdır”.

Bu, Alen Simonyan və digər erməni rəsmilərin cəmiyyətlərini sakitləşdirmək məqsədilə səsləndirdikləri açıqlamalardır. Özləri də anlayırlar ki, Azərbaycan heç vaxt “alternativ missiya”, “yeni təhlükəsizlik tədbirləri” və “ATƏT-in missiyası” kimi təklifləri qəbul etməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər