19 Dekabr 2022 23:44
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucarda yetkinlik yaşına çatmayan qızın evləndirilməsinin təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, dekabrın 17-də rayonun Qaracallı kəndində toy şənliyi təşkil edilən kənd sakini olan 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.

Bəyin qardaşı Nazir Lətifovun sözlərinə görə, cütülüyün bir həftə əvvəl qız toyu olub:

“Hər iki tərəfin razılığı olub. Qız hazırda 17 yaşın içindədir”.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Daha ətraflı "Baku" TV-nin süjetində:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər