21 Dekabr 2022 13:16
6 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan dostluğunun şüarı olan “İki dövlət, bir millət”in məzmunu Kiprə qədər genişlənmək imkanı tapıb. Artıq Türkiyə, Azərbaycan və Kiprdən söz düşəndə “Üç dövlət, bir millət” deyəcəyik. Yeni Azərbaycan Partiyası (YAP) ilə Ədalət və İnkişaf Partiyasının (AKP) yüksək səviyyəli heyətlərinin təmaslar üçün getdikləri Kiprdə professor Numan Kurtulmuş bu hədəfə işarə verdi.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.

Nəşr qeyd edir ki, Şimali Kiprin Türk Dövlətləri Təşkilatına hələlik müşahidəçi kimi qoşulması mühüm başlanğıcdır:

“Azərbaycan siyasətçilərinin Kiprə bu səfəri ada və Mavəraünnəhri yaxınlaşdıracaq mühüm addımlardan biridir.

AKP sədrinin müavini Numan Kurtulmuşun Azərbaycanın iqtidar partiyasının rəhbər şəxsləri ilə birlikdə Maraş səfəri sadəcə nəzakət üçün deyil. Əslində Şimali Kipr Prezidenti Ərsin Tatar Maraşın açılmasının önəmini hər fürsətdə bütün dünyaya çatdırır. Heyətlər də Maraşdan dünyaya səsləndilər.

Xatırladaq ki, 1974-cü il Sülh Əməliyyatından sonra tikanlı məftillərlə əhatə olunan və bağlanan Maraş 48 ildən sonra yenidən açılıb. Bundan sonra “qlobal şahmat taxtası”nda oyun yenidən qızışdı. Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti Ərsin Tatar Maraşın dünyaya yenidən açılmasının “gecikmiş addım” olduğunu söyləyərək, embarqodan sonra Kipr türk xalqının insanlarla qaynayıb-qarışmasının strateji önəm kəsb edən addım olduğunu bildirib.

Vaxtilə Şimali Kipr xalqı ada federal quruluşun yaradılmasını təklif edən “Annan Planı”na “hə” demişdi. Ancaq bunu heç vaxt qəbul etməyəcəyimizi söyləyərək arxa çevirənlər Kipr rumları (yunanlar) idi. Hətta bu referendumun özü də Kiprin rum tərəfinin əslində heç bir həll tərəfdarı olmadığını göstərmək üçün kifayətdir. Yenə də xatırladaq ki, bu münaqişə Avropa Birliyinin üzvlük müqaviləsi ilə taclandı. Avropanın da Kiprdə həll istəmədiyi bəllidir”.

Qəzet bildirir ki, Türkiyə və Azərbaycan nümayəndə heyətləri adaya səfərləri çərçivəsində Maraşdakı tarixi Bilal Ağa Məscidini də ziyarət ediblər.

“Kipr şəhidlərimizin bizə vəsiyyətidir. Kipr bizə Allahın Rəsulunun bibisinin yadigarıdır. Kipr bizim qardaşımızdır, sirdaşımızdır, yoldaşımızdır. Gözəl Kiprimizə uğurlar”, - məqalədə vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər