“Bunun əksini deyə bilərəm, Rusiyanın sülhməramlı qoşunları Dağlıq Qarabağda öz missiyasını yerinə yetirir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın sülhməramlıların öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Addımlar atılır, vəziyyətin sabitləşməsi üçün işlər görülür. Siyasi bəyanatlara inanmayan və ya güvənməyənlərə xatırlatmaq istəyirəm ki, bundan əvvəl vəziyyət dəfələrlə gərginləşib, problemlər olub, tərəflər bir-birinin ünvanına ittihamlar səsləndiriblər, Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün hər şeyi ediblər. Ona görə də sülhməramlılarımıza qarşı belə münasibət qəbul olunmur”, - Zaxarova bildirib.