“Azərbaycan-Ermənistan sülh müqaviləsinin müzakirəsi birbaşa Bakı ilə İrəvan arasında gedir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Moskva tərəflərə yalnız yardım göstərir ki, bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-də Soçi görüşündən sonra üçtərəfli bəyanatında qeyd olunub. Belə həssas mövzuda danışıqlar tamamilə məxfidir”, - Rusiya rəsmisi bildirib.
Qaluzinin sözlərinə görə, Moskvanın bunun məzmununu şərh etmək hüququ yoxdur, çünki bu, işə yalnız ziyan vura bilər.