ABŞ Ermənistana 60, Azərbaycan ərazilərindəki (Qarabağ) erməni separatçılarına isə 2 milyon dollar ayıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Konqresinin üzvü Frank Pallon məlumat verib.
Onun sözlərinə görə, Ermənistana ayrılan vəsait “iqtisadi yardım”, separatçılara veriləcək məbləğ isə “minaların təmizlənməsi” üçün nəzərdə tutulub.
“Bu, Ermənistana iqtisadi inkişafını, enerji müstəqilliyini və qanunun aliliyini gücləndirməyə kömək edəcək”, - Pallon bildirib.