“Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzurun Azərbaycana təhvil verilməsinə razılıq verib”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Ekspert açıqlamasında Ermənistan baş nazirini “məşhur şəxs” adlandırıb.
“Məşhur şəxs Qarabağı və Zəngəzuru öz istəyindən asılı olmayaraq təhvil verməklə bağlı razılaşması var. Onun bunu nə məqsədlə etdiyi araşdırma məsələsidir. İndi baş verən budur”, - Danielyan bildirib.
Rusiyanın baş verənlərlə bağlı mövqeyinə gəldikdə, onun iddiasına görə, ruslar Qarabağdan çıxsalar, Cənubi Qafqaz, Orta Asiya, Şimali Qafqaz və Volqa hövzəsini itirəcəklər.
Ekspert Türkiyə və Azərbaycanın Cənubi Qafqazda Rusiya və İranı sıxışdırdığını da söyləyib.