“Qərblə Rusiya arasında qalan Ermənistan hakimiyyəti ikili oynamağa çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
“Hakimiyyətin danışıqlarda iştirakdan imtina etməsi qəbuledilməzdir. İkili oyunlar oynadıqları üçün bu vəziyyətə düşdülər. Eyni vaxtda həm Rusiya, həm Brüssel, həm də Vaşinqtonla razılaşmaya gedirlər. Mən demirəm ki, sülhə getməyək, Qərblə münasibətimiz olmamalıdır, amma bugünkü prosesə real baxmalıyıq. Bu gün Qarabağda və Ermənistanda müvafiq vasitələrdən istifadə edə biləcək real təminat Rusiya və onun sülhməramlı qüvvələri ilə əməkdaşlıqdır”, - Ohanyan bildirib.
Keçmiş nazir Rusiya sülhməramlıların fəaliyyətlərində müəyyən problemlərin olduğunu da söyləyib. Eyni zamanda, Ermənistan hakimiyyətinin Qarabağ məsələsindən imtina etdiyini deyib.