27 Dekabr 2022 13:31
2 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tezliklə Cənubi Qafqazda vəziyyət qarışacaq”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski deyib.

“Şuşa müqaviləsindən sonra Ankara ilə Bakı birləşib, o cümlədən hərbi sahədə. Deməli, bölgədə böyük müharibə başlasa, türklər kənarda durmayacaqlar”, - ekspert bildirib.

Satanovski Türkiyənin İkinci Qarabağ Müharibəsində Azərbaycanı dəstəklədiyini söyləyib.

“Laçın dəhlizinə, gələcəkdə isə Ermənistanın Sünik bölgəsinə (Zəngəzur) gəldikdə, Ankaraya onun öz nəzarəti altında Avropaya Trans-Asiya xəttini həyata keçirmək lazımdır. Düzdür, regionda İran kimi ölkə də var. Ümumiyyətlə, tezliklə orada isti olacaq. Çox isti”, - politoloq vurğulayıb.

O, bütün bu prosesin necə bitəcəyinin tamamilə anlaşılmaz olduğunu bildirib.

Satanovski Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışdığını söyləyib.

Onun sözlərinə görə, bunu Ermənistandakı anti-Rusiya atmosferindən də görmək olar.

“Söhbət Rusiyanın Cənubi Qafqazdan çıxarılmasından və onun əsas regional oyunçu kimi Türkiyə ilə əvəzlənməsindən gedirsə, Moskvanın başı Ukraynada qarışdığına görə, amerikalılar və avropalılar Rusiya hərbçilərini həm Qarabağ, həm də Ermənistandan çıxarmaq üçün bundan ikiəlli yapışacaqlar”, - ekspert qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər