27 Dekabr 2022 16:15
3 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın bəyanatını “təxribat” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü Ermənistan rəsmisinin iddiasının həqiqəti əks etdirmədiyini bildirib.

“Belə bəyanatları təxribat xarakterli hesab etmək olar. Bunlar reallığa uyğun gəlmir. Rusiya rəsmilərinin heç biri bunu deməyib və heç kimin vasitəsilə erməni tərəfinə təqdim etməyib”, - Peskov vurğulayıb.

Qriqoryan bundan əvvəl Rusiyanı Laçın yolunu bağlamaqda ittiham edib. Onun sözlərinə görə, Rusiya Ermənistandan Azərbaycana dəhliz verməyi və Rusiya-Belarus ittifaqına qoşulmağı tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər