27 Dekabr 2022 16:52
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün saat 12.30-da Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar hissəsində müşahidə altında olan təqsirləndirilən şəxs Bəxtiyar Hacıyevlə görüşdüm. Görüşə vətəndaş cəmiyyəti üzvlərinin çoxsaylı müraciətləri əsasında Ədliyyə Nazirliyinin Tibb İdarəsi tərəfindən icazə verilmişdi".

Teleqraf.com xəbər verir ki, bunu həkim-professor Adil Qeybulla deyib.

O qeyd edib ki, müayinə prosesi Tibb İdarəsinin həkimlərinin iştirakı ilə aparıldı: “Bəxtiyar bəyin vəziyyəti kafidir, mülayim başgicəllənmədən şikayət edir. Hemodinamik göstəricləri stabildir: arterial təzyiqi 110/70, nəbzi 80, səkəri 5 mmol/l. Çəkisi 77.5 kq. Huşu aydındır, təmasa girmək və koordinasiya qabiliyyəti normal saxlanılıb. Həyatı üçün təhlükə yoxdur.

Ona aclıq aksiyasının dayandırmağı tövsiyə edildi.

2 saat müddətində infuziya aparıldı və söhbət etdik.

Əhval-ruhiyyəsi stabildir. Ailə üzvlərinə və bütün dostlara salam söylədi”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər