“Azərbaycan və Ermənistan gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov jurnalistin “Rusiya Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalayacağına ümid edirmi və bu müqavilədə Qarabağın statusu yer alacaqmı” sualına belə cavab verib:
“Bu sualı danışıqlar aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlamaq daha məntiqlidir.
Məhz onlar təmasların dinamikasını və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirirlər. Həm Azərbaycanla, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesi azərbaycanlı və erməni dostlarımızın maraqlandığı forma və miqyasda hər cür dəstəkləyir”.