“Laçın dəhlizindəki vəziyyət kontekstində Rusiya sülhməramlı qüvvələrinin tənqidi qəbuledilməzdir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Dəfələrlə demişik ki, Rusiya sülhməramlıları yerdəki vəziyyətin nizamlanması üçün əlindən gələni edir. İctimai qınaq bu işə kömək etmir, daha pis hallar olub. Problemi həll etmək üçün çalışırıq”, - Zaxarova bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya sülhəramlıların fəaliyyətini tənqid edib.