9 May 2014 17:50
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada üsyançı qüvvələr Homs şəhərini, demək olar ki, tamamilə tərk edib. Bu gün üsyançılar Homsun mərkəzində yerləşən sonuncu istinadgahından da geri çəkilərək, nəzarəti hökumət qüvvələrinin əlinə verib.

Bu barədə Livanın "Hizbullah" hərəkatına məxsus Suriya-yönümlü "Əl-Manar" telekanalı xəbər verir. Telekanalın yaydığı kadrlarda üzlərini maska ilə örtən və bel çantaları ilə hərəkət edən üsyançıların bir avtobusa minərək, Homsun mərkəzini tərk etməsi əks olunub.

Əvvəlcə Homsda iki ildir davam edən döyüşlərdən sonra ötən həftə əldə edilmiş atəşkəs razılaşması, ardınca isə üsyançıların Homsu tərk etməsi Suriya prezidenti Bəşər Əsəd üçün böyük qələbə kimi qiymətləndirilir.


Müəllif: Teleqraf.com