9 May 2014 18:00
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin kiçik oğlu xarici banklarda hesabının olmadığını bildirib. Teleqraf.com bildirir ki, bu barədə o, özünün Feysbuk səhifəsində yazıb.

“Mən bir neçə dəfə demişəm ki, nə mənim, nə də prezidentin heç bir hesabı yoxdur. Həbs edilməli heç nə yoxdur. Mətbuat Yanukoviçin İsveçrə tərəfindən 200 milyon dollarını dondurduğunu yazıb.

Bu pullar haqqında bütün Avropa və onların Ukraynadakı nümayəndələri tez-tez danışırlar. Mən onları əsl düşmən və gözəl hökuməti dağıdanlar hesab edirəm. Buna görə də onlara məsləhət verirəm. Olmayan pulların axtarışını dayandırın. Növbəti dəfə bu sizin üçün pis qurtaracaq”, - deyə eks-prezidentin oğlu yazıb. /axar/


Müəllif: