“Vətəndaş cəmiyyəti kimi dini icmaların da çox yaxşı təcrübəsi var”.
Bu sözləri Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndəsi Simran Həsənov deyib.
Onun sözlərinə görə, tarixin müxtəlif dövrlərində Qafqaz Müsəlmanlarının şeyxləri tərəfindən bir çox münaqişələrdə sülh yaratma missiyası olub:
“Azərbaycanda olan məzhəb rəngarəngliyindən bir sıra təkfirçi qüvvələr dini sabitliyi pozmağa cəhd ediblər. Yaxın Şərqdə də müxtəlif dini təriqətlər var və hər kəs bu gün oradakı vəziyyətin şahididir. Bu baxımdan ölkəmizin əleyhinə olan və sabitliyi pozmağa çalışan qüvvələrə qarşı birgə mübarizə aparmalıyıq”.
BƏXTİYAR