Ötən gün fəxri ad alan məşhurlardan biri də şoumen Murad Dadaşov olub.
Teleqraf.com xəbər verir ki, şoumen Murad Dadaşov “əməkdar artist” adına layiq görülməsinə münasibət bildirib:
“İmzalanan sərəncama görə ölkəmizin başçısı, möhtərəm, cənab prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Bu fəxri ada məni layiq gördüyünə görə, əziz prezidentimizə çox minnətdaram. Azərbaycanımızın əməkdar artistləri sırasında olmağımla qürur duyuram”.
Qeyd edək ki, ötən gün prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilməsi haqda sərəncam imzalayıb.
“Xalq Artisti”
Hüseynov Rafiq Hüseyn oğlu
Xasıyeva Könül Kazım qızı
Məmmədova Gülyanaq Zakir qızı
Məmmədova Gülyaz Zakir qızı
Sadıqov Ənvər Hidayət oğlu
“Əməkdar Artist”
Abbasova-Budaqova Afaq Nurəhməd qızı
Dadaşov Murad Əli oğlu
Əfəndiyeva İlahə Əhsən qızı
Əliyev Fərid Fərhad oğlu
Heydərova Çinarə Yaşar qızı
İsgəndərov Rəfael Çərkəz oğlu
İslamov Rauf Rza oğlu
Niftəliyev Babək Muğan oğlu
Rəhimov Coşqun Allahverdi oğlu
Səmədov Əlixan İmamxan oğlu
“Əməkdar İncəsənət Xadimi”
Abbasova Məlahət Elman qızı
Əzizov Rafiq Novruz oğlu
Məlikov Aqil Qədeşbala oğlu
“Əməkdar Mədəniyyət İşçisi”
Abbaszadə Lalə Niad qızı
Babayev Tehran Xalidşah oğlu
Əsədullayeva Aynurə Əliislam qızı
Hüseynov Fərman Şirzad oğlu
Məmmədova Ülviyyə Nurəddin qızı
Mirzəyeva Gülçin Ələkbər qızı
Zeynalova Gülarə Mikayıl qızı.
Rüstəm