10 May 2014 12:07
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Danimarkanın paytaxtı Kopenhagendə “Eurovision-2014” mahnı müsabiqəsinin finalı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, artıq 59-cu dəfədir ki, keçirilən yarışma bu il B&W adlı möhtəşəm məkanda keçirilir.

26 Ölkə finalçılarının səhnə aldığı yarışmaya Ukrayna, Belarusiya, Azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Monteneqro, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Hollandiya, San-Marino, Böyük Britaniyadan iştirakçılar qatılıb.

Yarışmanın qalibi peşəkar münsiflər heyəti və tamaşaçıların səsverməsi əsasında müəyyən olunacaq.
Azərbaycanı builki müsabiqədə təmsil edən Dilarə Kazımova 3 nömrə altında səhnəyə çıxacaq. Təmsilçimiz “Start a fire” mahnısını ifa edəcək.

Müsabiqənin təşkilatçısı olan “Böyük beşlik” ölkələri - İtaliya, Böyük Britaniya, Almaniya, İspaniya, Fransa və ötən ilin qalibi Danimarka finala birbaşa çıxıblar.

Finalda qalib gələn iştirakçı “Eurovision-2015” maşnı müsabiqəsinə ev sahibliyi hüququnu ölkəsinə qazandıracaq.

Aytən Həsənova


Müəllif: