30 Dekabr 2022 12:36
2 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə ultimatum verib”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Erməni nəşri İrəvan-Moskva münasibətlərinin getdikcə gərginləşdiyini bildirir:

“Ermənistan-Rusiya münasibətləri yenidən gərginləşmə mərhələsinə keçib. Əvvəlcə hakimiyyətin aşağı təbəqəsi Laçın yolundakı durumla bağlı günahı Rusiya və rus sülhməramlılarının üzərinə atdı. Daha sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təzyiqlər barədə danışdı.

Paşinyan isə dünən hökumətin iclasında deyib: “Rusiya obyektiv və ya subyektiv səbəblərə görə Qarabağda sabitlik və təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə başlamalı və Rusiya sülhməramlılarına BMT mandatı verilməsi və ya Qarabağa çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsi məsələsini qaldırmalıdır”.

Hər iki halda Rusiya tərəfinin cavabı gecikməyib.

Peskovun cavabı belə olub: “Münaqişənin iki tərəfi arasında razılıq olarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Söhbət təkcə Ermənistandan deyil, həm də Azərbaycandan gedir”.

Siyasi dairələr bu gərginlikdən narahatdır, belə bir vəziyyət 2020-ci il müharibəsindən əvvəl də mövcud olub. Yeri gəlmişkən, bəzi hökumət mənbələri Paşinyanın Putinə ultimatum verdiyini iddia edir: ya Laçın yolunu açır, ya da Ermənistan KTMT və Avrasiya Birliyindən çıxır".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər