8 Yanvar 2023 11:53
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan xalqına təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, bu barədə H.Akarın Sarıqamış şəhidlərini anım günü ilə bağlı bəyanatında deyilir.

"Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin adasında məskunlaşmağa məcbur olan mehmetçiklərimizə köməkliyi ilə "bir millət, iki dövlət" ifadəsinin bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqını hörmət və ehtiramla yad edirik", - deyə nazir bildirib.


Müəllif: Teleqraf.com