“Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Teleqraf.com prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 10, maddə 870) 2.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və 2.7. dövlət büdcəsindən ayrılan vəsait əlavə edilib.
Sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.