12 Yanvar 2023 12:12
3 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivetin başçılıq etdiyi nümayəndə heyəti bu gün axşam saatlarında İrəvana gələcək.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinə deputatlar Valeri Rabo, Jan-Lui Burlanj və başqaları daxildir.

Məlumata görə, deputatlar və spiker Fransa parlamentinin Azərbaycana qarşı Ermənistana dəstəyini bir daha təsdiqləmək üçün gəlirlər.

Noyabrın sonunda Fransa Milli Assambleyası yekdilliklə Ermənistanı dəstəkləyən və Azərbaycana qarşı sanksiyalar təklif edən bədnam qətnamə qəbul edib. Bundan əvvəl Fransa Senatı da analoji qətnamə qəbul etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu