24 Yanvar 12:30
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Laçın yolunda durumun necə olacağı Azərbaycandan asılıdır”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Bağdasaryan deyib.

“Azərbaycan aydın siyasət aparır. Ermənistan isə rəsmi olaraq bu məsələ ilə bağlı danışıqlara girməkdən imtina edir. Vəziyyət danışıqlar aparanlardan, indiki halda Rusiya sülhməramlılarından və azərbaycanlılardan asılıdır”, - ekspert bildirib.

Bağdasaryanın sözlərinə görə, separatçılar bu prosesdə iştirak etmirlər, Rusiya sülhməramlılarının onları Azərbaycanın tələbləri ilə razılaşmağa inandırmağa nail olub-olmayacağı məlum deyil: “Yəni bu, bizdən asılı olmayan sualdır”.

Politoloq Ermənistan ordusunda hökm sürən acınacaqlı duruma da diqqət çəkib:

“Niyə heç bir işin görülmədiyini və yeni hərbi hissələrin tikilmədiyini deyə bilmərəm, amma ordudakı problemlərin nəticələrini açıq formada görmək mümkündür. Əgər hakimiyyət deyirsə ki, Ermənistan ərazisində hərbi təlimlər (KTMT-nin) keçirilə bilməz, çünki Azərbaycan bunu təhlükə kimi qəbul edəcək, o zaman hakimiyyət eyni məntiqlə ordudakı vəziyyəti də tənzimləmir, çünki Azərbaycan bunu da təhlükə kimi görə bilər.

Görünən odur ki, bu hakimiyyət Ermənistana ordu lazım olmadığını hesab etdiyi üçün ordunu arxa plana keçirib. Nikol Paşinyan deyir ki, Ermənistan sülh dövrünə qədəm qoyur, indi bu məntiqə görə, Ermənistana ordu ümumiyyətlə lazım deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu