11 May 2014 00:14
1 014

Ukraynanın Mariupol şəhərində mayın 9-da keçirilən antiterror əməliyyatları zamanı dəqiqləşdirilmiş məlumata görə, 9 nəfər həlak olub, 42 nəfər yaralanıb.

Teleqraf.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayəti dövlət administrasiyasının səhiyyə departamentindən bildiriblər.

Həkimlərin dəqiqləşdirilmiş məlumatına görə, mayın 9-da şəhərin müalicə-profilaktika müəssisəsinə gətirilənlərdən 9 nəfər dünyasını dəyişib, 42 nəfər isə yaralıdır.

Nihad


Müəllif: