Oxşar xəbərlər
“Rusiya Müdafiə Nazirliyi və sülhməramlılar Laçın dəhlizi ilə bağlı bütün tərəflərlə daimi əlaqə saxlayır”.
Teleqraf.com xəbər verir ki, bunu həftəlik mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Vəziyyətin deeskalasiyası çağırışları ilə məhdudlaşan xarici qüvvələrdən fərqli olaraq, Rusiya tərəfi real həll yolunu axtarır və humanitar yardım göstərir”, - diplomat vurğulayıb.
Zaxarova onu da əlavə edib ki, “Laçın yolunun tamamilə açılması” ilə bağlı üçtərəfli bəyanat əsasında Rusiya Bakı və İrəvana müraciət edir, onları siyasi iradə nümayiş etdirməyə və ziddiyyətləri həll etməyə çağırır.