27 Yanvar 2023 20:19
3 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndiki hakimiyyət ən azı iki ildir ki, Rusiyanın Ermənistan üçün pis müttəfiq olması tezisini israrla ictimaiyyətin beyninə yeridir. Ermənistanda keçirilən son sorğulara nəzər salsaq, Fransa ictimaiyyət arasında Ermənistan üçün Rusiyadan daha yaxşı müttəfiqdir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Milli Gündəm” partiyasının sədri Avetik Çələbyan deyir.

“Gəlin belə bir fərziyyə götürək ki, Fransa həqiqətən yaxşıdır, Rusiya pisdir. Odur ki, Azərbaycan təhlükəsinə qarşı çəkindirici mexanizm olacağını güman edərək, Ermənistana müşahidə missiyası göndərirlər. Bu, bu hökumətin tezisidir, amma gəlin bu tezisin reallığa nə dərəcədə uyğun olduğunu anlayaq. Artıq Rusiya da, İran da bunun əleyhinə olduqlarını bəyan edib. İndi təsəvvür edin ki, bahar gəlir, dağlarda qar əriyir, Azərbaycan hərbi əməliyyata başlayır. Onda müşahidəçilər nə edəcəklər? Ən yaxşı halda baş verənləri qeydə alacaqlar, vəssalam”, - partiya sədri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu