27 Yanvar 2023 20:45
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər hansı diplomatik nümayəndəliyə qarşı istənilən zorakılıq tamamilə qəbuledilməzdir".

Teleqraf.com xəbər verir ki, bununla bağlı Estoniyanın xarici işlər naziri Urmas Reinsalu tviterdə bildirib.

“Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Qətlə yetirilən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirəm", - nazir qeyd edib.


Müəllif: Teleqraf.com